Türkiyədən pərakəndə satış dövriyyəsi

16 Aprel 2019

Beynəlxalq maliyyə bazarlarında bu gün böyük maraqla gözlənilən göstəricilər arasında Türkiyənin pərakəndə satış dövriyyəsi ilə bağlı göstəricisi yer alır.

Türkiyədən pərakəndə satış dövriyyəsi

Bu gün treyderlərin diqqət mərkəzində olan əsas fundamental xəbərlərdən biri də Türkiyədə pərakəndə satışların həcmi ilə bağlıdır.  Bakı vaxtı ilə saat 11:00-da dərc ediləcək nəticələrə baxdıqda, fevral ayı üçün pərakəndə satışların həcminin 1.3%-dən -0.8%-dək azalma gözlənilir. Proqnozlar özünü doğruldarsa, lirə maliyyə bazarlarında nisbətən dəyər itirə bilər.