Türkiyənin büdcə kəsiri 20.2 milyard lirəyə kimi artıb

16 Aprel 2018

Türkiyənin büdcə kəsirinin mart ayında 18.3 milyard lirə artması xəbərlərindən sonra lirənin qiyməti dünya birjalarında 1%-ə kimi ucuzlaşıb.

Türkiyənin büdcə kəsiri 20.2 milyard lirəyə kimi artıb

Türkiyənin maliyyə nazirliyinin bazar ertəsi verdiyi rəsmi məlumatlara əsasən, ölkənin gəlirləri ilə xərcləri arasında fərq 1.9 milyard lirədən 20.2 milyard lirə yüksəlib. Belə ki, illik müqayisədə gəlirlər mart ayında 48.2 milyard lirəyə kimi 23,4% artsa da, xərclər də 68,4 milyard lirəyə kimi 16,8% artıb. 


Məlumatların açıqlanmasından sonra USD/TRY məzənnəsi 4.12TL-ə kimi 0.7% bahalaşıb.


Qeyd etmək lazımdır ki, USD/TRY valyuta cütlüyünün qiyməti aprel ayının 11-də 4.19TL-ə kimi bahalaşdıqdan sonra 2 gün ərzində 4.07TL-ə kimi korreksiya etdikdən sonra qiymətdə yenidən bahalaşmanın şahidi oluruq.