Türkiyənin cari əməliyyatlar balansında mənfi saldo

13 Yanvar 2020

Türkiyənin cari əməliyyatlar balansında xərclər gəlirləri proqnozlaşdırılandan daha sürətlə üstələməkdə davam edir.

Türkiyənin cari əməliyyatlar balansında mənfi saldo

Türkiyənin statistika idarəsinin bazar ertəsi açıqladığı rəsmi məlumatlara əsasən, cari əməliyyatlar balansında noyabrda 0.52 milyard dollarlıq mənfi saldo yaranıb. Oktyabr ayında müsbət saldo 2.48 milyard dollardan 1.55 milyard dollara düşdükdən sonra noyabr ayında yalnız 0.42 milyard dollarlıq mənfi saldonun yaranacağı proqnozlaşdırılırdı. 

Türkiyə Mərkəzi Bankının son zamanlar faiz dərəcələrində azalmaya getməsi, özünü cari əməliyyatlar balansında da göstərməkdədir. 

Qeyd etmək lazımdır ki, cari əməliyyatlar hesabı ticarət balansında olduğu kimi məhsul və xidmət ilə yanaşı faiz ödənişlərində idxal ilə ixrac arasındaki fərqi hesablayır: İxrac çıxılsın idxal. İxrac ölkənin iqtisadi gücünü əks etdirirsə, idxal daxili bazarın inkişafını göstərir.