Türkiyənin əmək bazarına dair rəqəmlər açıqlandı

17 İyun 2019

Türkiyədə əmək bazarına dair açıqlanan rəqəmlərdə mart ayında işsizliyin 14.1%-ə azaldığı göstərilib.

Türkiyənin əmək bazarına dair rəqəmlər açıqlandı

Bu gün Türkiyədə əmək bazarına dair statistik rəqəmlər açıqlandı. Açıqlanan rəqəmlərə mart ayında işsizlik nisbəti 14.1%, işsiz sayı isə 4 milyon 544 min oldu.


Türkiyə daxilində 15 yaş və onun üstündə işsizlərin sayı 2019-ci ilin mart ayında keçən ilin eyni dövrünə görə 1 milyon 334 min adam artaraq 4 milyon 544 min adam oldu. İşsizlik səviyyəsi 4 bənd artaraq 14.1% -ə yüksəldi. Eyni dövrdə kənd təsərrüfatı istisna olmaqla işsizlik səviyyəsi, 4.2 bəndlik artımla 16.1% olaraq qiymətləndirilir.Gənc əhali üçün işsizlik səviyyəsi (15-24 yaş) 7.5 bənd artımla 25.2%, 15-64 yaş qrupunda isə 4 bənd artımla 14.3% təşkil etmişdir.


İşəgötürülənlərin sayı əvvəlki ilin eyni dövrünə nisbətən 2019 mart ayında 704 min nəfər azalaraq 27 milyon 795 min adama çatdı və məşğulluq nisbəti  1.7% azalaraq 45.4% oldu.


Bu dövrdə kənd təsərrüfatında işləyənlərin sayı 240 min, qeyri-kənd təsərrüfatı sektorunda çalışanların sayı isə 464 min nəfər azalıb. İşə qəbul edilənlərin 17,3% -i kənd təsərrüfatı, 19.7% -i sənaye, 5.5% -i tikinti, 57.4% -i isə xidmət sektorunun payına düşür. Əvvəlki ilin eyni dövrünə nisbətən kənd təsərrüfatında məşğulluğun payı 0.4%, tikinti sektorunun payı 1.8% azalıb, xidmət sektorunun payı isə 2.1% artıb.


2019-cu ilin mart ayında bir əvvəlki ilin eyni dövrünə görə işçi qüvvəsi 630 min nəfər artaraq 32 milyon 339 min adama çatıb.İşçi qüvvəsi iştirak nisbəti 0.5% artaraq 52.9% olmuşdur. Eyni dövrlər üçün edilən müqayisələrə görə işə götürülənlərin 0.1% azalma ilə 71.7%- i  kişilər, 1% artımla 34.4%-i qadınlar olmuşdur.


Analitiklərin proqnozlarına görə əmək bazarındakı geriləmənin də təsiri ilə lirə beynəlxalq maliyyə bazarlarında bir qədər də dəyər itirə bilər. USDTRY cütlüyü 5.87-nin üzərində  möhkəmlənərsə, 6,22 müqavimət həddinə doğru mərhələli olaraq 6,0-6,09 səviyyələri; 5,87 altında isə mərhələli olaraq 5,75-5,64 səviyyələri ən yaxın koridor hədləri kimi çıxış edir.