Türkiyənin mənfi saldosu 370 milyon dollar azalıb

29 Mart 2019

Dünya valyuta birjalarında lirənin fevral ayında 3% ucuzlaşması, ticarətdə mənfi saldonun 15% azalmasına səbəb olub.

Türkiyənin mənfi saldosu 370 milyon dollar azalıb

Türkiyənin statistika mərkəzinin (TÜRKSTAT) cümə günü açıqladığı məlumatlara görə, ölkədə ticarət balansı defisiti fevral ayında 2.5 milyard dollardan 2.1 milyard dollara düşüb. Yanvar ayından etibarən türkiyənin xarici ticarət balansında mənfi saldo azalmağa başlayıb. 


Qeyd etmək lazımdır ki, lirənin qiyməti fevral ayı ərzində 5.33TL-yə kimi 3% ucuzlaşmışdır. Ölkə valyutasının ucuzlaşması, xarici ticarətdə ixrac məhsullarını maraqlı edir.