Türkiyənin sənaye istehsalında artım

14 Mart 2019

Türkiyənin sənaye istehsalı dövriyyəsinin proqnoz olunan səviyyədən çox açıqlanması birjalarda lirənin bahalaşmasına səbəb ola bilər.

Türkiyənin sənaye istehsalında artım

Bakı vaxtı ilə saat 11:00-da Türkiyənin sənaye istehsalının həcmi ilə bağlı rəqəmlər açıqlandı. Ötən ilin son ayında 9.8% faiz azalan istehsal dövriyyəsinin, yanvarda 7.6% azalması proqnozlaşdırılırdı. Lakin dərc olunan nəticələr proqnozdan yaxşı oldu. Belə ki, sənaye istehsalının həcmi yanvar ayında yalnız 7.3% azalıb. Bu isə lirənin dünya maliyyə bazarlarında nisbətən bahalaşmasına səbəb ola bilər.