Türkiyənin sənaye istehsalında azalma

14 Fevral 2019

Türkiyənin sənaye istehsalı dövriyyəsinin proqnoz olunan səviyyədən daha çox azalması, birjalarda lirənin ucuzlaşmasına səbəb ola bilər.

Türkiyənin sənaye istehsalında azalma

Bakı vaxtı ilə saat 11:00-da Türkiyənin sənaye istehsalının həcmi ilə bağlı rəqəmlər açıqlandı. 


Noyabrda 6.5 faiz azalan istehsal dövriyyəsinin, dekabrda 7.5% azalması proqnozlaşdırılırdı. Lakin dərc olunan nəticələr gözləntidən pis oldu. 


Belə ki, sənaye istehsalının həcmi dekabrda 9.8% azalıb. Bu isə lirənin dünya maliyyə bazarlarında növbəti ucuzlaşmasına səbəb ola bilər.