Türkiyənin ticarət dövriyyəsi artıb

28 İyun 2019

May ayında ixrac 15 milyard 981 milyon dollara, idxal isə 17 milyard 819 milyon dollara çatıb.

Türkiyənin ticarət dövriyyəsi artıb

Türkiyə Statistika Təşkilatı ilə Ticarət Nazirliyi əməkdaşlığı iləyla yaradılan müvəqqəti xarici ticarət məlumatlarına görə 2019-ci ilin may ayında ixrac 2018-ci ilin eyni ayına nisbətən 12,1% artaraq 15 milyard 981 milyon dollara, idxal isə 19,3 faiz artaraq 17 milyard 819 milyon dollara çatıb.


May ayında xarici ticarət kəsiri 76,5% azalaraq 1 milyard 838 milyon dollara çatdı. İxracatın idxalata nisbəti 2018-ci ilin may ayında 64.6% olduğu halda 2019-cu ildə 89.7%-ə yüksəldi.


Sezon və təqvimə uyğunlaşdırılmış seriyaya görə; 2019-cu ilin may ayında əvvəlki ayla müqaisədə ixrac 8,1% artmış, idxal isə 4,1% azalmışdır. Təqvimə uyğunlaşdırılmış seriyaya görə; 2019-cu ilin may ayında əvvəlki ilin eyni ayına nisbətən ixrac 12% artıb, idxal isə  19.7% azalıb.