ÜDM-də dəyişiklik göstəricisi və GBP/USD

11 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında bu gün gözlənilən önəmli fundamental məlumatlar arasında İngiltərənin ÜDM ilə bağlı statistik göstəricilər də var.

ÜDM-də dəyişiklik göstəricisi və GBP/USD

Bu gün Bakı vaxtı ilə 13.30-da Böyük Britaniyada ümumi daxili məhsulun həcmində dəyişiklik xəbəri açıqlanacaq. Mütəxəssislərin proqnozlara nəzər saldıqda, gözləntilərin əvvəlki göstəricilərdən daha zəif olduğu müşahidə edilir. Xəbərlərin müsbət və ya mənfi açıqlanması, bazar hərəkətliyinin daha aqressiv olmasına gətirib çıxara bilər.


GBP/USD valyuta cütlüyü qiymətinin texniki səviyyələrinə nəzər salaq. Təhlillərə əsasən, qiymətlər 1.2953 səviyyəsinin üzərində möhkəmlənə bilərsə, 1.2994-ə qədər artımı davam edə bilər. 


Aşağı hərəkətlilik fonunda qimətlərin 1.2896 səviyyəsinin altında qalması, lokal aşağı hərəkəti davam etdirə və qiymətləri 1.2853 səviyyəsinə kimi geri çəkə bilər.