USD/CAD: 1.32 səviyyəsinə kimi bahalaşma

06 Fevral 2019

Enerji bazarlarında neft qiymətlərinin ucuzlaşması və ABŞ dollarına olan tələbatın artması, özünü USD/CAD məzənnəsində bahalaşma ilə göstərir.

USD/CAD: 1.32 səviyyəsinə kimi bahalaşma

Beynəlxalq valyuta birjalarında USD/CAD məzənnəsi çərşənbə axşamı başlatdığı artım dalğasını davam etdirdiyinin şahidi oluruq. Enerji bazarlarında neft qiymətlərinin təzyiq altında olması və dünya birjalarında dolların dəyər qazanması, özünü USD/CAD məzənnəsində də göstərməkdədir. Hal-hazırda 1.3160C$-a təklif edilən məzənnə, çərşənbə axşamının üzərində qaldıqca, bahalaşmaqda davam edə biləcəyi proqnozlaşdırılır. 


Təhlillərə əsasən, USD/CAD məzənnəsi 1.3150C$-ın üzərində qaldıqca, 1.3180C$-a kimi də bahalaşa bilər. Bundan sonra qiymət güclü müqavimət səviyyəsi ilə qarşılaşa bilər. Sonuncu səvuiyyə asanlıqla keçildiyi təqdirdə isə qiymət əlavə olaraq 1.3202 və 1.3229C$-a kimi də dəyər qazana bilər. 


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 17:30 və 19:30-da müvafiq olaraq açıqlanacaq Kanadanın tikinti sektoru və işgüzar aktivliyi ilə bağlı önəmli fundamental məlumatlar da diqqət mərkəzində saxlanılmalıdır. Enerji bazarlarında neft qiymətlərindəki tendensiya da treyderlər tərəfindən böyük maraqla izlənilməkdədir.