USD/CAD: Artım istiqamətli hərəkətlilik davam edir

07 Fevral 2019

Dünya valyuta birjalarında dolların bahalaşması, özünü USD/CAD məzənnəsində də göstərməkdədir və 1.3390 müqavimətinin qırılması proqnozlaşdırılır.

USD/CAD: Artım istiqamətli hərəkətlilik davam edir

Son günlərdə ABŞ prezidenti Trampın Çinlə münasibətlər haqqındaki bəyanatları və Amerika Mərkəzi Bankının (FED) sədri Povellə keçirdiyi görüşü, dollara olan inamı artırıb. Bunun fonunda ABŞ dolları digər cütlüklərdə olduğu kimi USD/CAD cütlüyündə də bahalaşmağa başlayıb.


Artım istiqamətli hərəkətliliyin davam etməsi üçün qırılmalı olan ilk müqavimət həddi isə 1.33900-dür. Bu hədd qırılacağı təqdirdə, 1.35460 və 1.37978 hədləri test edilə bilər.