USD/CAD: Bahalaşma 1.32C$-a kimi davam edə bilər

04 Fevral 2019

Beynəlxalq valyuta birjalarında dolların qiymətlərində korreksiyanən özünü USD/CAD məzənnəsində də göstərə biləcəyi proqnozlaşdırılır.

USD/CAD: Bahalaşma 1.32C$-a kimi davam edə bilər

Beynəlxalq valyuta birjalarında USD/CAD məzənnəsi cümə günü 1.3068C$-a kimi ucuzlaşdıqdan sonra dəstəklə qarşılaraq, bahalaşmağa başlayıb. Dolların aparıcı valyutalara nisbətən qiymətlərinin yeni həftənin başlaması ilə bahalaşması, məzənnəyə də öz təsirini göstərə biləcəyi ehtimalları var. Bu təsir özünü gün ərzində Avropa sessiyasında zəif göstərə bilər. 


Təhlillərə əsasən, USD/CAD valyuta cütlüyünün qiyməti 1.3085C$-ın üzərində qaldıqca, 1.3128 və 1.3165$-a kimi də bahalaşa bilər. Bununla yanaşı, qiymətin ticarət olunduğu səviyyələri nəzərə alaraq, qeyd etmək lazımdır ki, qiymətin qlobal eniş dalğasına davam edə biləcəyi proqnozları da güclü olaraq qalır.