USD/CAD: Bahalaşma 1.33C$-a kimi davam edə bilər

14 Fevral 2019

Beynəlxalq valyuta birjalarında USD/CAD məzənnəsində bahalaşma 1.3328 səviyyələrinə kimi davam edə bilər.

USD/CAD: Bahalaşma 1.33C$-a kimi davam edə bilər

USD/CAD məzənnəsində bahalaşma davam etməkdədir. Gün ərzində 1.3228C$-da dəstək görən USD/CAD valyuta cütlüyünün qiyməti, 1.3277 səviyyəsinin üzərində möhkəmlənərsə, artım dalğasının daha da güclənə biləcəyi proqnozlaşdırılır. 


Təhlillərə əsasən, USD/CAD məzənnəsi cari artım dalğasını 1.3277C$-a kimi davam etdirdikdən sonra bu səviyyədə güclü müqavimətlə rastlaşa bilər. Lakin məzənnə sözügedən səviyyənin üzərində möhkəmlənərsə, artım dalğası 1.3328C$-a kimi də güclənə bilər. 


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq Amerikanın pərakəndə satış dövriyyəsi və istehsal qiymətləri indeksi ilə bağlı önəmli statistik məlumatlar da investorların diqqət mərkəzindədir.