USD/CAD: Bahalaşma 1.33C$-ına kimi güclənə bilər

13 Fevral 2019

Beynəlxalq valyuta birjalarında USD/CAD məzənnəsi gün ərzində 1.32 səviyyəsində dəstək görərək, bahalaşmağa başlayıb.

USD/CAD: Bahalaşma 1.33C$-ına kimi güclənə bilər

USD/CAD məzənnəsində çərşənbə axşamı 1.3196C$-a kimi müşahidə edilən 1%-lik ucuzlaşmadan sonra bu gün yenidən bahalaşmağa başlayıb. 


Foreks bazarlarında Amerika sessiyasında dolların aparıcı valyutalara nisbətən qiymətlərində ucuzlaşma müşahidə edilsə də bu gün Avropa sessiyasında dollar yenidən bahalaşmağa başlayıb. Bunun təsiri altında USD/CAD məzənnəsində də bahalaşma başlayıb. Bununla yanaşı, Kanada iqtisadiyyatına dair açıqlanan mənfi fundamental məlumatlar da Kanada dollarını təzyiq altında saxlamaqdadır. 


Təhlillərə əsasən, USD/CAD məzənnəsi günün dəstək səviyyəsi (1.3196) üzərində qaldıqca, bahalaşma daha da güclənə bilər. Bu istiqamətdə məzənnənin 1.3227C$ üzərində möhkəmlənməsi önəmli olacaqdır. Bundan sonra qiymət 1.3246 və 1.3277 səviyyələrinə kimi bahalaşa bilər.


Bu gün Bakı vaxtı ilə saat 17:30-da Amerikadan açıqlanacaq inflyasiya ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.