USD/CAD: Bahalaşma sürətləndi, hədəf 3.32C$-dır

04 Fevral 2019

Beynəlxalq valyuta birjalarında dolların qiymətlərində korreksiyanən özünü USD/CAD məzənnəsində də göstərməyə başlayıb.

USD/CAD: Bahalaşma sürətləndi, hədəf 3.32C$-dır

Beynəlxalq valyuta birjalarında USD/CAD məzənnəsi cümə günü 1.3068C$-a kimi ucuzlaşdıqdan sonra dəstəklə qarşılaraq, bahalaşmağa başlayıb. Dolların aparıcı valyutalara nisbətən qiymətlərinin yeni həftənin başlaması ilə bahalaşması, məzənnəyə də öz təsirini göstərməkdədir. Bu təsir özünü gün ərzində Avropa sessiyasında zəif göstərsə də Amerika sessiyasına yaxın saatlarda güclənib. 


ABŞ dolları cümə günü açıqlanan fundamental göstəricilərlə dəstəklənməkdədir. Belə ki, əmək bazarında məşğulların sayında proqnozların üzərində statistik rəqəmlər açıqlanıb və sənaye sektoruna dair göstəricilər də müsbət mənada təəccübləndirib. 


Təhlillərə əsasən, USD/CAD valyuta cütlüyünün qiyməti 1.3085C$-ın üzərində qaldıqca, 1.3128 və 1.3165$-a kimi də bahalaşa bilər. Bununla yanaşı, qiymətin ticarət olunduğu səviyyələri nəzərə alaraq, qeyd etmək lazımdır ki, qiymətin qlobal eniş dalğasına davam edə biləcəyi proqnozları da güclü olaraq qalır. 


Bununla yanaşı, Bakı vaxtı ilə saat 19:00-da açıqlanacaq ABŞ-dan önəmli fundamental məlumatlar da ticarət aktivliyinin artmasına təsir edə biləcəyi gözlənilir. Belə ki, Amerikanın sənaye sektorunda sifarişlərin və daşınmaların həcminə dair statistik məlumatlar investorların diqqət mərkəzindədir.