USD/CAD maliyyə alətində həftəlik gözləntilər

11 Mart 2019

Bu həftə Kanada dollarının məzənnələrinə təsir edə biləcək önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.

USD/CAD maliyyə alətində həftəlik gözləntilər

Dünya maliyyə bazarlarında  USD/CAD maliyyə cütlüyü bahalaşma ilə müşahidə edilir. Bu həftə Kanadadan dərc olunması  gözlənilən “Mənzil satışları indeksi“ və “İstehsal satışları” ilə bağlı xəbərlər də diqqət mərkəzindədir.  

 

Keçən həftə 1.3% azalma ilə dərc olunan istehsal satışlarında bu həftə 0.5% artımla dərc olunma gözlənildiyi halda mənzil satışları indeksi ilə bağlı dərc olunacaq göstəricilərdə dəyişikliyin olması proqnozlaşdırılmır. 

 

Proqnozlar özünü doğruldacağı və ya artımla açılanacağı təqdirdə, USD/CAD maliyyə alətində uculaşmanın şahidi ola bilərik. 


Əks halda, cütlüyün qiymətinin bahalaşmaqda davam edərək 1.3650 maksimumunu yeniləyə bilər.