USD/CAD məzənnəsi 1.32 səviyyəsi üzərində

06 Fevral 2019

Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərinin yenidən ucuzlaşa biləcəyi ehtimalları artıb və USD/CAD ucuzlaşa bilər.

USD/CAD məzənnəsi 1.32 səviyyəsi üzərində

Beynəlxalq valyuta birjalarında USD/CAD məzənnəsi çərşənbə axşamı başlatdığı artım dalğası bu gün daha da güclənib. Enerji bazarlarında neft qiymətlərinin təzyiq altında olması və dünya birjalarında dolların dəyər qazanması, özünü USD/CAD məzənnəsində də göstərməkdədir. Hal-hazırda 1.3207C$-a təklif edilən məzənnə, 1.3202C$-ın üzərində qaldıqca, bahalaşmaqda davam edə biləcəyi proqnozlaşdırılır. Bununla yanaşı, dünya birjalarında dolların yenidən ucuzlaşa biləcəyi ehtimalları da artmaqdadır. 


Keçən həftə ərzində Amerikanın əmək bazarı və sənaye sektoru ilə bağlı fundamental məlumatların müsbət açıqlanması ilə dəstək görən dolların qymətləri, bu həftə dərc edilən mənfi fundamental məlumatlar fonunda yenidən ucuzlaşmağa başlaya bilər. Amerika Mərkəzi Bankının sonuncu açıqlamaları da maliyyə bazarları iştirakçıları arasında aktuallığını qorumaqdadır. FED sonuncu açıqlamasında mərhələli faiz artımına toxunmayıb və daha çox "səbrli" davranmağı müdafiə edib. 


Təhlillərə əsasən, USD/CAD məzənnəsi 1.3202C$-ın üzərində qaldıqca, 1.3229C$-a kimi də bahalaşa bilər. Bu baş verməyəcəyi təqdirdə, qiymət yenidən ucuzlaşaraq, Avropa sessiyasının dəstək səviyyəsini - 1.3183 və 1.3174C$-ı da aşağı istiqamətdə qırarsa, ucuzlaşma 1.3154 və 1.3121C$-a kimi də sürətlənə bilər. 


Bu gün Bakı vaxtı ilə saat 17:30 və 19:30-da müvafiq olaraq açıqlanacaq Kanadanın tikinti sektoru və işgüzar aktivliyi ilə bağlı önəmli fundamental məlumatlar da diqqət mərkəzində saxlanılmalıdır. Enerji bazarlarında neft qiymətlərindəki tendensiya da treyderlər tərəfindən böyük maraqla izlənilməkdədir.