USD/CAD məzənnəsi 1.3336C$-a kimi ucuzlaşa bilər

22 Aprel 2019

Beynəlxalq valyuta birjalarında son üç həftə ərzində üfüqi istiqamətdə dalğanın USD/CAD məzənnəsi fonunda eniş proqnozları yenidən artıb.

USD/CAD məzənnəsi 1.3336C$-a kimi ucuzlaşa bilər

USD/CAD məzənnəsində aprel ayının əvvəlindən etibarən müşahidə edilən üfüqi korreksiya daxilində növbəti ucuzlaşmanın şahidi oluruq. 


Təhlillərə əsasən, ABŞ dollarının Kanada dollarına nisbətən məzənnəsi 1.3397C$-ın altında qalarsa, 1.3336C$-a kimi də ucuzlaşa bilər. 


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 18:00-da açıqlanacaq ABŞ-ın təkrar mənzil bazarı ilə bağlı önəmli fundamental məlumatları da investorların diqqət mərkəzindədir.