USD/CAD məzənnəsi 1.3234 səviyyələrini qırdı

30 Yanvar 2019

Beynəlxalq valyuta birjalarında USD/CAD məzənnəsində müşahidə edilən ucuzlaşma daha da sürətlənib və 1.3179C$-a kimi də ucuzlaşa bilər.

USD/CAD məzənnəsi 1.3234 səviyyələrini qırdı

USD/CAD məzənnəsində cari həftə ərzində müşahidə edilən bahalaşma dalğası, çərşənbə axşamı artıq ikinci dəfədir 1.33C$ səviyyəsində müqavimətlə rastlaşır. Belə ki, 1.32C$-dan 1.33C$-a kimi bahalaşan məzənnə, yenidən ucuzlaşmağa başlayıb. Dünya birjalarında artıq USD/CAD məzənnəsi 1.3215C$-a ticarət edilməkdədir. 


Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində müşahidə edilən ucuzlaşma ilə yanaşı, enerji bazarlarında neft qiymətlərinin bahalaşması da Kanada dollarına dəstək olmaqdadır. 


Təhlillərə əsasən, USD/CAD məzənnəsi 1.3261C$-ın altında qaldıqca, 1.3202 və 1.3179C$-a kimi də ucuzlaşa bilər. 


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 19:30-da ABŞ-ın neft ehtiyatları və 23:00-da Amerika Mərkəzi Bankının (FED) faiz qərarı ilə bağlı yayımlanacaq göstəricilər də treyderlərin diqqət mərkəzindədir.