USD/CAD məzənnəsi 1.3098 səviyyəsini qırmaq üzrə

05 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında dolların qiymətlərində volatillik özünü USD/CAD məzənnəsində də göstərməkdədir və 0.2%-ə kimi də ucuzlaşa bilər.

USD/CAD məzənnəsi 1.3098 səviyyəsini qırmaq üzrə

USD/CAD məzənnəsi bazar ertəsi 1.3147C$-a kimi bahalaşdıqdan sonra müqavimətlə rastlaşaraq, ucuzlaşmağa başlayıb. Dünya valyuta birjalarında son günlər Amerika iqtisadiyyatına dair açıqlanan fundamental məlumatlar, dolların aparıcı valyutalarına nisbətən qiymətlərinə dəstək olmaqla, təqribən 0.8%-ə kimi bahalaşmalarına təsir etmişdi. Bundan sonra ucuzlaşmağa başlayan dolların qiyməti, özünü USD/CAD məzənnəsində də göstərməkdədir. 


Bununla yanaşı, enerji bazarlarında neft qiymətlərinin bahalaşması da Kanada dollarına müsbət təsir etməkdədir. 


Təhlillərə əsasən, Avropa sessiyasında 1.3121C$-a kimi bahalaşan USD/CAD valyuta cütlüyünün qiyməti, 1.3098C$-ı da aşağı istiqamətdə qırarsa, 1.3084 və 1.3068C$-a kimi də ucuzlaşa bilər. 


Bu gün Bakı vaxtı ilə saat 17:30 və 19:00-da müvafiq olaraq açıqlanacaq Kanadanın xarici ticarət dövriyyəsi və Amerikanın xidmət sektoru ilə bağlı önəmli fundamental məlumatlar da treyderlərin diqqət mərkəzindədir və məzənnəyə güclü təsir edə biləcəyi gözlənilir.