USD/CAD məzənnəsi üzrə bahalaşma proqnozları haqqında

08 Aprel 2019

Beynəlxalq valyuta birjalarında son günlər USD/CAD məzənnəsində müşahidə edilən bahalaşmanın davam edə biləcəyi proqnozları diqqət mərkəzində.

USD/CAD məzənnəsi üzrə bahalaşma proqnozları haqqında

USD/CAD məzənnəsində mart ayının əvvəlindən etibarən üfüqi istiqamətli dalğalanma müşahidə edilir və foreks bazarlarında bahalaşma proqnozları son günlər qismən artıb. 


ABŞ dollarının Kanada dollarına nisbətən məzənnəsi keçən həftə 1.3296C$-da dəstək görərək, bahalaşmağa başlayıb və məzənnə bu səviyyənin üzərində qaldıqca, bahalaşmanın davam edə biləcəyi proqnozlaşdırılır. Lakin cümə günü USD/CAD valyuta cütlüyünün qiyməti 1.3402C$-ında müqavimətlə rastlaşıb. 


Təhlillərə əsasən, USD/CAD məzənnəsi 1.3402C$-ı yuxarı istiqamətdə qırarsa, 1.3450C$-a kimi də bahalaşa bilər. 


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 16:30-da Kanadadan açıqlanacaq tikinti bazarı ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.