USD/CAD məzənnəsi üzrə növbəti təhlill

29 Yanvar 2019

Beynəlxalq valyuta birjalarında USD/CAD valyuta cütlüyünün qiyməti yenidən bahalaşmağa başlayıb və 1.3288C$-a kimi də bahalaşa bilər.

USD/CAD məzənnəsi üzrə növbəti təhlill

USD/CAD məzənnəsi 1.3244C$-a kimi ucuzlaşdıqdan sonra yenidən 0.2% bahalaşıb. Məzənnənin bundan sonrakı trendi üzrə təhlillərə çətinlik yaradan, maliyyə bazarlarında alıcıların üstünlük təşkil etməsi amilidir. Belə ki, qiymətin keçən həftənin cümə günü sürətli eniş dalğasına başlamasına baxmayaraq, yanvar ayının ilk həftəsinin dəstək səviyyəsini qıra bilməməsi, növbəti artım dalğası fonunda aktuallığını qorumaqdadır və sonuncu eniş dalğasını korrektiv qiymətləndirməyə əsas verir.


Təhlillərə əsasən, USD/CAD məzənnəsi carı artım dalğasını gücləndirərək, 1.3288C$-ı da qırarsa, 1.3308 və 1.3323C$-a kimi də bahalaşa bilər. Sonuncu hədəflərin qırılması və qiymətin bu dəhlizinin üzərində möhkəmlənməsi, qlobal artım dalğası proqnozlarını daha da gücləndirəcəkdir. 


Alternativ olaraq isə ABŞ dolları/Kanada dolları valyuta cütlüyünün qiyməti 1.3234C$-ı da aşağı istiqamətdə qıraraq, altında qalarsa, keçən həftənin cümə günü başlayan güclü eniş dalğasının ardının şahidi ola bilərik. 


Bununla yanaşı, nəzərə almaq lazımdır ki, enerji bazarlarında neft qiymətlərində bahalaşma müşahidə edilərsə, bu, Kanada dollarının da bahalaşmasına təsir edə bilər.