USD/CAD məzənnəsi üzrə ucuzlaşma proqnozları

01 Mart 2019

Beynəlxalq valyuta birjalarında USD/CAD məzənnəsində müəyyən istiqamət müşahidə edilməsə də ucuzlaşacağı proqnozları daha güclüdür.

USD/CAD məzənnəsi üzrə ucuzlaşma proqnozları

USD/CAD məzənnəsi cari həftə ərzində 1.31-1.32C$ aralığında dalğalanıb. Maliyyə bazarlarında isə Amerika dollarının Kanada dollarına nisbətən qiyməti fevral ayının müqavimət səviyyəsi altında qaldıqca, qiymətin ucuzlaşma ilə davam edə biləcəyi proqnozlaşdırılır. 


Təhlillərə əsasən, USD/CAD məzənnəsi 1.3112C$-ı aşağı istiqamətdə qırarsa, 1.3068C$-a kimi ucuzlaşmaqda davam edə bilər. 


Məzənnə sonuncu səviyyənin altında qalarsa, eniş dalğası 1.2971C$-a kimi də sürətlənə bilər. 


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 19:00-da açıqlanacaq Amerikanın istehsal sektorunda biznes aktivliyinə dair önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.