USD/CAD məzənnəsində bahalaşma

05 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında neft qiymətlərinin güclü müqavimətlə rastlaşması, özünü Kanada dollarında da göstərməkdədir.

USD/CAD məzənnəsində bahalaşma

USD/CAD məzənnəsi gün ərzində ucuzlaşsa da bir neçə dəfə cəhd olunmasına baxmayaraq, 1.3100C$-ı aşağı istiqamətdə qırma bilməyib. Bundan sonra bahalaşmağa başlayan məzənnə, gün ərzində daha çox neft qiymətlərindəki dalğalanmaya uyğun ticarət oldunduğu müşahidə edilir. 


Təhlillərə əsasən, USD/CAD valyuta cütlüyünün qiyməti həftənin müqavimət səviyyəsi - 1.3147C$-ın altında qaldıqca, yenidən ucuzlaşa biləcəyi, hətta qlobal eniş dalğasını bərpa ediləcəyi proqnozları daha güclü olaraq qalır. Lakin bunun üçün hal-hazırda 1.3117C$-a ticarət edilən qiymətin günün önəmli dəstək səviyyəsini - 1.3100C$-ı qırmasını gözləmək lazımdır. Bundan sonra məzənnə 1.3084 və 1.3068C$-a kimi də ucuzlaşa bilər. 


Bu baş vermədiyi təqdirdə, qiymət həftənin müqavimət səviyyəsini də yuxarı istiqamətdə qırarsa, bahalaşma 1.3181C$-a kimi də güclənə bilər. 


Bu gün Bakı vaxtı ilə saat 19:00-da açıqlanacaq Amerikanın xidmət sektoru ilə bağlı önəmli fundamental məlumatlar da böyük maraqla gözlənilməkdədir.