USD/CAD məzənnəsində Amerika sessiyasında başlayan ucuzlaşma, bu gün daha da dərinləşib.
Keçən həftənin cümə günü Amerika sessiyasında 1.3232C$-da dəstək görən USDCAD valyuta cütlüyünün qiyməti, bazar ertəsi 1.3318C$-a kimi bahalaşdıqdan sonra müqavimətlə rastlaşaraq, ucuzlaşmağa başlayıb.
Beynəlxalq valyuta birjalarında 1.3286C$-a ticarət edilən məzənnə, bazar ertəsinin dəstək səviyyəsi üzərində qaldıqca, artım dalğasına davam edə biləcəy proqnozları güclü olaraq qalır.
Təhlillərə əsasən, USD/CAD məzənnəsi 1.3261C$-ın üzərində qaldıqca, 1.3318 və 1.3328C$-a kimi bahalaşa bilər.
Bazar ertəsinin dəstək səviyyəsi (1.3261) aşağı istiqamətdə qırılarsa, cari ucuzlaşma 1.3222C$-a kimi dərinləşə bilər.