USD/CAD məzənnəsində gələcək trend

06 Mart 2019

Beynəlxalq valyuta birjalarında son zamanlar bahalaşan USD/CAD məzənnəsi treyderlərin marağını cəlb etməyə çalışıb.

USD/CAD məzənnəsində gələcək trend

USD/CAD valyuta cütlüyü qiymətinin bahalaşması dinamikası son günlər zəifləsə də yenidən sürətlənmə müşahidə edilir. Maliyyə bazarlarında 1.34C$ güclü müqavimət səviyyəsi hesab edilir. 


Təhlillərə əsasən, Amerika dollarının Kanada dollarına nisbətən məzənnəsi gələcək günlər ərzində 1.3384C$ üzərində möhkəmlənərsə, 1.3436C$-a kimi də bahalaşa bilər. 


Uzun müddətli perspektivdə, qiymətin sonuncu səviyyənin üzərində möhkəmlənməsi də artım dalğasının 1.3551 və 1.3664C$-ına kimi güclənməsinə səbəb ola bilər.


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 19:00-da yayımlanması gözlənilən Kanada mərkəzi bankının faiz qərarı və monetar siyasətinə dair açıqlamalar da investorların diqqət mərkəzindədir.