USD/CAD məzənnəsində korreksiya başladı

25 Yanvar 2019

USD/CAD məzənnəsi 1.3369C$-ı qırmağa çalışsa da treyderlərin çox riskə getmək istəmədikləri və qiymətlərin korreksiyası müşahidə edilir.

USD/CAD məzənnəsində korreksiya başladı

USD/CAD məzənnəsi 1.3369C$ müqavimət səviyyəsini qırmağa çalışsa da treyderlərin çox riskə getmək istəmədikləri müşahidə edilir. 


USD/CAD məzənnəsi yanvar ayının əvvəlindən etibarən başlatdığı artım dalğasına bu həftə 1.3369C$-a kimi davam etdikdən sonra sözügedən səviyyədə müqavimətlə rastlaşıb. Cümə axşamı müqaimət səviyyəsini qırmağa çalışan "Buğa mövqeli" bazar iştirakçıları, buna nail ola bilməyiblər. Bundan sonra ucuzlaşmağa başlayan qiymət, 1.3328C$-ı da aşağı istiqamətdə qırmaqla, eniş dalğasının daha da dərinləşə biləcəyi ehtimalları gücləndirib. 


Təhlillərə əsasən, USC/CAD valyuta cütlüyünün qiyməti 1.3300C$-a kimi də ucuzlaşa bilər və bu səviyyənin altında qalarsa, özü ilə bərabər 1.3254C$-a kimi də ucuzlaşa biləcəyi proqnozları gücləndirə bilər.