USD/CAD məzənnəsində ucuzlaşma

05 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında dolların qiymətlərində volatillik özünü USD/CAD məzənnəsində də göstərməkdədir və 0.3%-ə kimi ucuzlaşıb.

USD/CAD məzənnəsində ucuzlaşma

USD/CAD məzənnəsi bazar ertəsi 1.3147C$-a kimi bahalaşdıqdan sonra müqavimətlə rastlaşaraq, ucuzlaşmağa başlayıb. Dünya valyuta birjalarında son günlər Amerika iqtisadiyyatına dair açıqlanan fundamental məlumatlar, dolların aparıcı valyutalarına nisbətən qiymətlərinə dəstək olmaqla, təqribən 0.8%-ə kimi bahalaşmalarına təsir etmişd. Bundan sonra ucuzlaşmağa başlayan dolların qiyməti, özünü USD/CAD məzənnəsində də göstərməkdədir. 


Təhlillərə əsasən, USD/CAD valyuta cütlüyünün qiyməti 1.3098C$-ı da aşağı istiqamətdə qırarsa, 1.3084 və 1.3068C$-a kimi də ucuzlaşa bilər. 


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 17:30 və 19:00-da müvafiq olaraq açıqlanacaq Kanadanın xarici ticarət dövriyyəsi və Amerikanın xidmət sektoru ilə bağlı önəmli fundamental məlumatlar da treyderlərin diqqət mərkəzindədir və məzənnəyə güclü təsir edə biləcəyi gözlənilir.