USD/CAD məzənnəsində sürətli ucuzlaşma

31 Yanvar 2019

Beynəlxalq valyuta birjalarında dolların dəyər itirməsi, Kanada dollarının da bahalaşmasına səbəb olub və daha da bahalaşa biləcəyi proqnozlaşdırılır.

USD/CAD məzənnəsində sürətli ucuzlaşma

USD/CAD məzənnəsi çərşənbə günü dünya birjalarında dolların dəyər itirməsi fonunda 1.3118C$-a kimi ucuzlaşıb. Sözügedən səviyyə isə gün ərzində məzənnə üçün önəmli dəstək səviyyəsi rolunu oynaya bilər. 


Kanada dollarının bahalaşmasına təsir edən amil dolların ucuzlaşması ilə yanaşı, enerji bazarlarında neft qiymətlərinin də bahalaşmasıdır. Enerji bazarlarında neft qiymətlərinin dəyər qazanması, iqtisadiyyatının böyük həcmi bu sənayedən asılı olan Kanadanın milli valyutasının da bahalaşmasına təsir edə bilir. 


Təhlillərə əsasən, qiymət 1.3076C$-a kimi də ucuzlaşa bilər. Lakin ümumilikdə qiymətin növbəti sürətli eniş dalğası üçün 1.3118-1.3076C$ dəhlizinin altında qalması önəmli hesab edilir. Bundan sonra eniş dalğası 1.2892C$-a kimi də davam edə bilər.