USD/CAD məzənnəsində ucuzlaşma sürətləndi

26 Mart 2019

Beynəlxalq enerji birjalarında neftin bahalaşması, foreks bazarlarında Kanada dollarının da bahalaşmasına səbəb olur.

USD/CAD məzənnəsində ucuzlaşma sürətləndi

USD/CAD məzənnəsində ucuzlaşma Avropa sessiyasında yenidən sürətlənib. 


Enerji birjalarında neft qiymətlərinin bahalaşması Kanada dollarına dəstək olan əsas amildir. 


Təhlillərə əsasən, Amerika dollarının Kanada dollarına nisbətən məzənnəsi 1.3404C$-ın altında qaldıqca, 1.3370 və 1.3347C$-ına kimi ucuzlaşa bilər. 


Bununla yanaşı, Bakı vaxtı ilə saat 16:30 və 18:00-da ABŞ-dan açıqlanacaq önəmli fundamental göstəricilər də diqqət mərkəzində saxlanılmalıdır. Bunlara müvafiq olaraq yayımlanacaq tikinti sektoru və istehlak dövriyyəsində aktivliyi ölçən indekslərdir.