USD/CAD məzənnəsinin bahalaşması diqqət mərkəzində

24 Yanvar 2019

USD/CAD məzənnəsinin rastlaşdığı güclü müqavimət səviyyəsinin üzərində möhkəmlənməsi, 1.35 səviyyəsinə kimi bahalaşması ilə nəticələnə bilər.

USD/CAD məzənnəsinin bahalaşması diqqət mərkəzində

USD/CAD məzənnəsinin son iki həftədir başlatdığı bahalaşma dalğası, 1.3369C$ səviyyəsində müqavimətlə rastlaşıb. Bu gün yenidən bahalaşaraq, sözügedən səviyyəni qırmağa çalışan qiymət, alış mövqeyində olan treyderlər üçün yaxşı imkanlar vəd edir. 


Təhlillərə əsasən, Dollar/Kanada dolları valyuta cütlüyünün qiyməti 1.3369C$-ı da yuxarı istiqamətdə qıraraq, üzərində möhkəmlənərsə, 1.3422 və 1.3479C$-a kimi də bahalaşa bilər. 


Lakin alış əməliyyatları zamanı ehtiyatlı olmaq tövsiyyə edilir, çünki qiymətin son günlər başlatdığı artım dalğası fonunda güclü korreksiyasının da şahidi ola bilərik. Bu 1.3341C$ aşağı istiqamətdə qırıldıqdan sonra başlaya bilər. Korreksiya üzrə aşağı istiqamətli hədəflər isə 1.3297 və 1.3252C$-dır.