USD/CAD ucuzlaşma 1.2862C$-a kimi sürətlənə bilər

25 Fevral 2019

Foreks bazarlarında dolların ucuzlaşması, Kanada dollarına olan tələbin artmasına təsir edir və USD/CAD məzənnəsi üzrə yaxın hədəf 1.3068C$-dır.

USD/CAD ucuzlaşma 1.2862C$-a kimi sürətlənə bilər

USD/CAD məzənnəsi Avropa sessiyasında 1.3112C$-a kimi ucuzlaşıb. Qiymətin keçən həftənin cümə günü 1.3150 səviyyəsini aşağı istiqamətdə qırması eniş dalğasının sürətlənə biləcəyi proqnozlarını gücləndirmişdi. Maliyyə bazarlarında proqnozlar məzənnə keçən həftənin müqavimət səviyyəsi altında qaldıqca, güclü olaraq qalır. 


Təhlillərə əsasən, Dollar/Kanada dolları valyuta cütlüyünün qiyməti 1.3241C$-ın altında qaldıqca, 1.3068C$-a kimi də ucuzlaşa bilər.


Qiymət sonuncu səviyyənin altında qalarsa, daha uzun müddətli perspektivdə, USD/CAD məzənnəsi 1.2863C$-a kimi də sürətlənə biləcəyi proqnozlaşdırılır.