USD/CAD valyuta cütlüyündə eniş ehtimalları artır

20 Fevral 2019

Beynəlxalq valyuta birjalarında dolların ucuzlaşması "Ayılar" üçün USD/CAD məzənnəsində də satış imkanları yaradıb.

USD/CAD valyuta cütlüyündə eniş ehtimalları artır

2018-ci ilin dekabr ayından etibarən USD/CAD maliyyə alətində eniş trendi bugünə kimi davam edir.

 

Belə ki, qeyd olunan müddətdə qiymət 1.3600 həddindən 1.3100 həddinədək ucuzlaşmışdı və hal-hazırda qiymət 1.3150-1.3200 səviyyələri arasında ticarət olunur.

 

Texniki olaraq, qiymət 1.3100 həddini aşağı qırarsa, 1.2860 həddinədək ucuzlaşa bilər.

 

Lakin qiymət 1.3330 həddini qırıb, bu səviyyənin üstündə qalarsa, qiymətin yenidən 1.3600 səviyyəsinədək bahalaşması proqnoz olunur.