USD/CHF: Bahalaşma 1.01 franka kimi

01 Mart 2019

Beynəlxalq valyuta birjalarında Dollar/Frank məzənnəsində bahalaşma üçün 1.0033 frankın qırılmasını gözləmək önəmli rol oynayacaqdır.

USD/CHF: Bahalaşma 1.01 franka kimi

USD/CHF məzənnəsində cümə axşamı Amerika sessiyasında müşahidə edilən bahalaşma, bu gün Avropa sessiyasında daha da güclənib. 


Maliyyə bazarlarında qiymətin ciddi müqavimət səviyyələrinin altında ticarət olunması, "Buğaların" ehtiyatlı davranmalarına və məzənnədə riskli volatilliyə səbəb olur. Lakin qiymətin sözügedən müqavimət səviyyələrini qıra biləcəyi proqnozları da güclüdür və bu ehtimallar getdikcə artır. 


Təhlillərə əsasən, Dollar/Frank məzənnəsində cari bahalaşma 1.0033 frankın qırılması ilə nəticələnərsə, bu səviyyənin üzərində möhkəmlənən qiymətin bahalaşması 1.0099 franka kimi sürətlənə bilər. 


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 19:00-da açıqlanacaq Amerikanın istehsal sektorunda biznes aktivliyinə dair önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir. 


Qeyd etmək lazımdır ki, İsveçrə Mərkəzi Bankı valyuta birjalarına birbaşa müdaxilələri ilə seçilir və sonuncu açıqlaması frankın baha olduğunu bildirmişdi.