USD/CHF: Bahalaşma dalğasından zəifləmə

22 Aprel 2019

Beynəlxalq valyuta birjalarında USD/CHF məzənnəsi 1.03 altında qaldıqca, cari səviyyələrdə güclü müqavimətlə rastlaşaraq, ucuzlaşacağı proqnozlaşdırılır.

USD/CHF: Bahalaşma dalğasından zəifləmə

USD/CHF məzənnəsində aprel ayının əvvəlindən etibarən müşahidə edilən sürətli bahalaşma dinamikası zəifləməyə başlayıb. 


Məzənnə üzrə qrafikin son dörd ilin göstəricilərinə əsasən bügünkü qiymət səviyyələri maksimum hesab edilir və güclü müqavimətlə rastlaşıla bilər. Bu, yəni qiymətin yenidən güclü müqavimətlə rastlaşaraq, ucuzlaşmağa başlaması proqnozları, Dollar/Frank məzənnəsi 1.03 frank altında qaldıqca qüvvədədir. 


Təhlillərə əsasan, USD/CHF məzənnəsi 1.0130 frankı aşağı istiqamətdə qırarsa, 1.0078 franka kimi ucuzlaşa bilər. 


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 18:00-da açıqlanacaq ABŞ-ın təkrar mənzil bazarı ilə bağlı önəmli fundamental məlumatları da investorların diqqət mərkəzindədir.