USD/CHF: Bahalaşma 1.0099 franka kimi davam edə bilər

12 Fevral 2019

Beynəlxalq valyuta birjalarında USD/CHF məzənnəsi 1.00 frankda dəstək alaraq, bahalaşmaqda davam etməkdədir və 1.01 franka kimi də bahalaşa bilər.

USD/CHF: Bahalaşma 1.0099 franka kimi davam edə bilər

USD/CHF məzənnəsində bahalaşma davam etməkdədir. Bazar ertəsi 1% ətrafında güclü dalğalanmadan sonra 0.9982 franka kimi ucuzlaşan məzənnə, gün ərzində 1.0053 franka kimi bahalaşdıqdan sonra korreksiyaya başlayıb. Dünya valyuta birjalarında hal-hazırda 1.1045 franka ticarət olunan USD/CHF valyuta cütlütlüyünün qiymətinin daha da bahalaşa biləcəyi proqnozlaşdırılır. 


Təhlillərə əsasən, USD/CHF məzənnəsi bazar ertəsinin dəstək səviyyəsi (0.9982 frank) üzərində qaldıqca, 1.0099 franka kimi də bahalaşa bilər. Bu istiqamətdə "Buğalar" qiymətin 1.0054 frakın üzərində möhkəmlənməsini önəmli hesab edirlər. 


Qeyd etmək lazımdır ki, İsveçrə Mərkəzi Bankı (alm.: "SNB") monetar siyasətinə dair sonuncu açıqlamasında valyuta birjalarında lazım olduqca aktiv olacaqlarını bildirimişdi. "SNB" uçot faiz dərəcəsini də mənfi 0.75%-də saxlamaqla yumşaq pul-kredit siyasətinə davam etməkdədir. 


Bununla yanaşı, "SNB" frankın bazarlarda "baha" qiymətləndirməkdə davam edir. Lakin sentyabr ayından etibarən frankın qiymətlərində dolların bahalaşması ilə əlaqəli olaraq ucuzlaşma müşahidə edilməkdədir. Avroya nisbətən qiymətində isə ciddi dəyişiklik yoxdur. 


Ümumilikdə isə valyuta birjalarında vəziyyət həssas qiymətləndirilir və bu səbəbdən cari pul-kredit siyasətinə ehtiyac vardır.