USD/CHF bahalaşma proqnozları güclənib

14 Mart 2019

Beynəlxalq valyuta birjalarında USD/CHF məzənnəsində müşahidə edilən bahalaşmanın güclənə biləcəyi proqnozları artıb.

USD/CHF bahalaşma proqnozları güclənib

USD/CHF məzənnəsində müşahidə edilən cari bahalaşmanın qrafik strukturu maliyyə bazarlarında bahalaşmanın güclənə biləcəyinə işarədir. 


İsveçrə frankının qiyməti ölkənin sənaye məhsulları inflyasiya göstəricisinin müsbət açıqlanması, USD/CHF məzənnəsinin ani olaraq 1.0029 franka kimi ucuzlaşmasına baxmayaraq, çərşənbə gününün dəstək səviyyəsini qıra bilməməsi və yenidən bahalaşmağa başlaması, yuxarıda vurğulanan proqnozları artırıb. 


Bununla yanaşı, İsveçrə Mərkəzi Bankı valyuta birjalarına birbaşa müdaxilələri ilə seçilir və sonuncu açıqlaması frankın baha olduğunu bildirmişdi. 


Təhlillərə əsasən, Dollar/Frank valyuta cütlüyünün qiyməti 1.0048 frankı yuxarı istiqamətdə qırarsa, 1.0063 və 1.0084 franka kimi də bahalaşa bilər.