USD/CHF: 1.0023 franka kimi 0.2% ucuzlaşa bilər

13 Mart 2019

Beynəlxalq valyuta birjalarında Dollar/Frank məzənnəsinin 1.0062 frankı aşağı istiqamətdə qırması, "Ayıların" diqqət mərkəzində.

USD/CHF: 1.0023 franka kimi 0.2% ucuzlaşa bilər

USD/CHF məzənnəsində ucuzlaşmanın cari həftənin önəmli dəstək səviyyəsini qırması, satış həcmlərini artırıb və maliyyə bazarlarında 0.2%-ə kimi də ucuzlaşacağı proqnozlaşdırılır. 


Təhlillərə əsasən, foreks bazarlarında hal-hazırda 1.0055 franka ticarət edilən Dollar/Frank məzənnəsi, 1.0048 frankı aşağı istiqamətdə qırarsa, 1.0023 franka kimi də ucuzlaşa bilər. 


Qeyd etmək lazımdır ki, İsveçrə Mərkəzi Bankı valyuta birjalarına birbaşa müdaxilələri ilə seçilir və sonuncu açıqlaması frankın baha olduğunu bildirmişdi.