USD/CHF 1.0077 franka kimi bahalaşa bilər

07 Mart 2019

Beynəlxalq valyuta birjalarında Dollar/Frank məzənnəsində müşahidə edilən bahalaşma treyderlərin diqqət mərkəzindədir.

USD/CHF 1.0077 franka kimi bahalaşa bilər

USD/CHF məzənnəsi cari həftə ərzində bahalaşmaqda davam edərək, 1.0033 önəmli müqavimət səviyyəsi üzərində ticarət olunması, investorların marağına səbəb olmaqdadır. 


Dünya valyuta birjalarında son günlər dollara olan tələbin artması, digər aparıcı valyutalara nisbətən qiymətlərinin də bahalaşmasına səbəb olmuşdur. Bu tendensiya özünü Dollar/Frank valyuta cütlüyünün qiymətində də göstərməkdədir. 


Bununla yanaşı, İsveçrə Mərkəzi Bankı valyuta birjalarına birbaşa müdaxilələri ilə seçilir və sonuncu açıqlaması frankın baha olduğunu bildirmişdi. 


Təhlillərə əsasən, USD/CHF valyuta cütlüyünün qiyməti 1.0055 frankı yuxarı istiqamətdə qırarsa, 1.0077 franka kimi bahalaşa bilər.