Frankda güclü dalğalanma

11 Fevral 2019

Bu gün ilk sessiyanın açılışında İsveçrə frankının qiymətlərində 1% ətrafında güclü volatillik müşahidə edilib və texniki səbəblərlə əlaqələndirilir.

Frankda güclü dalğalanma

İsveçrə frankı yeni həftəyə güclü volatilliklə başlayıb. USD/CHF və EUR/CHF məzənnələri ilk sessiyanın açılışı ilə 1%-ə kimi bahalaşsa da yenidən 1.2%-ə kimi ucuzlaşıb. Hadisə 30 dəqiqə ərzində baş verib. 


Maliyyə bazarlarında dalğalanmaya dair rəsmi açıqlama olmayıb və texniki səbəblərlə əlaqələndirilir. Hal-hazırda dünya valyuta birjalarında USD/CHF məzənnəsi 1.0004 və EUR/CHF məzənnəsi 1.1323 franka ticarət edilməkdədir.


Qeyd etmək lazımdır ki, İsveçrə Mərkəzi Bankı (alm.: "SNB") monetar siyasətinə dair sonuncu açıqlamasında valyuta birjalarında lazım olduqca aktiv olacaqlarını bildirimişdi. "SNB" uçot faiz dərəcəsini də mənfi 0.75%-də saxlamaqla yumşaq pul-kredit siyasətinə davam etməkdədir. 


Bununla yanaşı, "SNB" frankın bazarlarda "baha" qiymətləndirməkdə davam edir. Lakin sentyabr ayından etibarən frankın qiymətlərində dolların bahalaşması ilə əlaqəli olaraq ucuzlaşma müşahidə edilməkdədir. Avroya nisbətən qiymətində isə ciddi dəyişiklik yoxdur. 


Ümumilikdə isə valyuta birjalarında vəziyyət həssas qiymətləndirilir və bu səbəbdən cari pul-kredit siyasətinə ehtiyac vardır.