USD/CHF: Günün müqavimət səviyyəsi qırıldı

13 Fevral 2019

Dünya valyuta birjalarında ucuzlaşan USD/CHF məzənnəsi Avropa sessiyasında 1.01 səviyyəsində dəstəklə qarşılaşıb.

USD/CHF: Günün müqavimət səviyyəsi qırıldı

USD/CHF məzənnəsi çərşənbə axşamı 1.0092 franka kimi 0.5% bahalaşdıqdan sonra Asiya sessiyasında 1.0051 franka kimi ucuzlaşsa da Avropa sessiyasında yenidən bahalaşmağa başlayıb. Bahalaşma günün önəmli müqavimət səviyyəsinin qırılması ilə nəticələnib. 


Təhlillərə əsasən, USD/CHF məzənnəsində cari bahalaşma günün dəstək səviyyəsi (1.0051) üzərində qaldıqca, 1.0077 franka kimi bahalaşa bilər. Sonuncu səviyyənin üzərində möhkəmlənən məzənnənin, artm dalğasını 1.0092 səviyyəsinə kimi də gücləndirə biləcəyi proqnozlaşdırılır. 


Qeyd etmək lazımdır ki, İsveçrə Mərkəzi Bankı (alm.: "SNB") monetar siyasətinə dair sonuncu açıqlamasında valyuta birjalarında lazım olduqca aktiv olacaqlarını bildirimişdi. "SNB" uçot faiz dərəcəsini də mənfi 0.75%-də saxlamaqla yumşaq pul-kredit siyasətinə davam etməkdədir. 


Bununla yanaşı, "SNB" frankın bazarlarda "baha" qiymətləndirməkdə davam edir. Lakin sentyabr ayından etibarən frankın qiymətlərində dolların bahalaşması ilə əlaqəli olaraq ucuzlaşma müşahidə edilməkdədir. Avroya nisbətən qiymətində isə ciddi dəyişiklik yoxdur. 


Ümumilikdə isə valyuta birjalarında vəziyyət həssas qiymətləndirilir və bu səbəbdən cari pul-kredit siyasətinə ehtiyac vardır.