USD/CHF ilə bağlı gözlənilən aktivlik

08 May 2019

Beynəlxalq valyuta birjalarında dollar/frank məzənnəsində müşahidə edilən ucuzlaşmanın 1.0185 frankda dəstəklə qarşılaşa biləcəyi proqnozlaşdırılır.

USD/CHF ilə bağlı gözlənilən aktivlik

Qrafikə nəzər yetirdikdə qiymətlərin aprel ayının 24-dən bəri 1.0150-1.0230 aralığında ticarət edildiyinin şahidi oluruq.


Mayın 7-sı tarixində USD/CHF yenidən son günlərin maksimumunu bir daha test etdikdən sonra eniş edib 1.0185-ə ticarət edilir.


Qiymətlər 1.0185 hədəfini qıra bilmədiyi halda kəsilə biləcək hədəflər 1.0195-1.0210 hədəfləridir.


Əks halda qiymətlərin yenidən son günlərin minimumu olan 1.0150hədəfinə doğru hərəkətinin şahidi ola bilərik.