USD/CHF məzənnəsi 0.3% də ucuzlaşa bilər

20 Fevral 2019

Beynəlxalq valyuta birjalarında dolların ucuzlaşması "Ayılar" üçün USD/CHF məzənnəsində də satış imkanları yaradıb.

USD/CHF məzənnəsi 0.3% də ucuzlaşa bilər

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində ucuzlaşma özünü USD/CHF məzənnəsində də göstərməkdədir. Çərşənbə günü 1.0060 frankda müqavimətlə rastlaşan Dollar/Frank valyuta cütlüyünün məzənnəsi, Amerika sessiyasında 1.0001 franka kimi ucuzlaşmış və 0.3% də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.


Təhlillərə əsasən, məzənnə cari həftənin müqavimət səviyyəsi (1.0060frank) altında qaldıqca, 0.9982 franka kimi də ucuzlaşa bilər. Bu istiqamətdə foreks bazarlarında hal-hazırda 1.0015 səviyyələrinda ticarət olunan qiymətin 1.0001 frankı aşağı istiqamətdə qırılması önəmlidir.