USD/CHF məzənnəsi dəstək görür

22 Fevral 2019

Beynəlxalq valyuta birjalarında fundamental göstəricilərin təzyiq etdiyi İsveçrə frankı "Buğalar" üçün 0.5%-lik imkan yaradıb.

USD/CHF məzənnəsi dəstək görür

USD/CHF məzənnəsi Avropa sessiyasında 0.9996 frankda dəstək görərək bahalaşır. Maliyyə birjalarında hal-hazırda 1.0009 franka ticarət edilən Dollar/Frank qiyməti, cümə axşamının müqaviməti qırmaqla, artım dalğasını 0.5%-ə kimi sürətləndirə biləcəyi proqnozlaşdırılır. 


Son günlər İsveçrə höküməti ilə Avropa Birliyi arasında ticarət münasibətləri fonunda sazişin imzalanması mövzusunda mübahisələrin böyüməsi və inflyasiya kimi önəmli statistik göstəricilərin mənfi açıqlanması, franka təzyiq edən fundamental amillərdir. Bununla yanaşı, İsveçrə Mərkəzi Bankının da valyuta birjalarında frankı baha qiymətləndirməsi, frankın ucuzlaşa biləcəyi proqnozlarını da özü ilə bərabər gücləndirir. 


Təhlillərə əsasən, USD/CHF məzənnəsi 1.0023 frankı yuxarı istiqamətdə qırarsa, 1.0040 və 1.0060 franka kimi bahalaşa bilər.