USD/CHF məzənnəsi 1.0045 franka kimi bahalaşa bilər

05 Mart 2019

Beynəlxalq valyuta birjalarında dolların bahalaşması özünü USD/CHF məzənnəsində daha qabarıq göstərir və 1.01 franka kimi alış imkanları yaradır.

USD/CHF məzənnəsi 1.0045 franka kimi bahalaşa bilər

USD/CHF məzənnəsi Asiya sessiyasında 0.9984 frankda dəstək görərək, bahalaşmağa başlayıb. Maliyyə bazarlarında treyderlərin diqqətini çəkən daha maraqlı məqam isə keçən həftənin müqavimət səviyyəsinin qırılmasıdır. Bu, bahalaşmanın davam edə biləcəyini proqnozlaşdırmağa əsaslar yaradır. 


Təhlillərə əsasən, Dollar/Frank məzənnəsi 1.0020 frankı yuxarı istiqamətdə qırarsa, 1.0033 və 1.0045 franka kimi bahalaşa bilər. 


Qeyd etmək lazımdır ki, İsveçrə Mərkəzi Bankı valyuta birjalarına birbaşa müdaxilələri ilə seçilir və sonuncu açıqlaması frankın baha olduğunu bildirmişdi.