USD/CHF məzənnəsi 1.0026 franka kimi ucuzlaşa bilər

15 Fevral 2019

Beynəlxalq valyuta birjalarında İsveçrə frankında cümə axşamı müşahidə edilən ucuzlaşmanın 1.00 səviyyəsinə kimi dərinləşə biləcəyi proqnozlaşdırılır.

USD/CHF məzənnəsi 1.0026 franka kimi ucuzlaşa bilər

USD/CHF məzənnəsi cümə axşamı 1.0044 franka kimi 0.5% ucuzlaşdıqdan sonra bu gün Avropa sessiyasında 1.0066 franka kimi bahalaşıb. Maliyyə bazarlarında qiymət cümə axşamının müqavimət səviyyəsi (1.0097) altında qaldıqca, daha da ucuzlaşa biləcəyi proqnozları üstünlük təşkil edir. 


Təhlillərə əsasən, Dollar/Frank məzənnəsi cümə axşamının dəstək səviyyəsini qırarsa, ucuzlaşma 1.0026 franka kimi də davam edə bilər.