USD/CHF məzənnəsi təzyiq altında

13 Fevral 2019

Dünya valyuta birjalarında ucuzlaşan USD/CHF məzənnəsi Avropa sessiyasında 1.01 səviyyəsində yenidən müqavimətlə rastlaşıb.

USD/CHF məzənnəsi təzyiq altında

USD/CHF məzənnəsi Avropa sessiyasında müqavimətlə rastlaşaraq, yenidən ucuzlaşmağa başlayıb. Günün birinci yarısında bahalaşaraq, Asiya sessiyasının müqavimətini qıran qiymət, yenidən 1.0071 frank səviyyəsində müqavimətlə rastlaşıb və eniş dalğasına başlayıb. 


Təhlillərə əsasən, USD/CHF məzənnəsi 1.0071 altında qaldıqca, 1.0030 franka kimi də ucuzlaşa bilər. Bu istiqamətdə "Ayılar" 1.0042 səviyyəsinin qırılmasını gözləyəcəklər. 


Qeyd etmək lazımdır ki, İsveçrə Mərkəzi Bankı (alm.: "SNB") monetar siyasətinə dair sonuncu açıqlamasında valyuta birjalarında lazım olduqca aktiv olacaqlarını bildirimişdi. "SNB" uçot faiz dərəcəsini də mənfi 0.75%-də saxlamaqla yumşaq pul-kredit siyasətinə davam etməkdədir. 


Bununla yanaşı, "SNB" frankın bazarlarda "baha" qiymətləndirməkdə davam edir. Lakin sentyabr ayından etibarən frankın qiymətlərində dolların bahalaşması ilə əlaqəli olaraq ucuzlaşma müşahidə edilməkdədir. Avroya nisbətən qiymətində isə ciddi dəyişiklik yoxdur. 


Ümumilikdə isə valyuta birjalarında vəziyyət həssas qiymətləndirilir və bu səbəbdən cari pul-kredit siyasətinə ehtiyac vardır.