USD/CHF məzənnəsində bahalaşma güclənib

06 Fevral 2019

Beynəlxalq valyuta birjalarında USD/CHF məzənnəsində də treyderlər üçün alış imkanları yaranıb və məzənnə 1.01 franka kimi də bahalaşa bilər.

USD/CHF məzənnəsində bahalaşma güclənib

Beynəlxalq valyuta birjalarında cari həftə ərzində dolların aparıcı valyutalara nisbətən qiymətlərinin bahalaşması, özünü USD/CHF məzənnəsində də göstərməkdədir. Yanvar ayı ərzində 1.00 frank səviyyəsində güclü müqavimətlə ratlaşan Dollar/İsveçrə frankı məzənnəsi, fevral ayının başlaması ilə müqaviməti qıra bilib. 


Təhlillərə əsasən, USD/CHF məzənnəsi 0.9905 frank səviyyəsinin üzərində qaldıqca, 1.0128 franka kimi də bahalaşa bilər. 


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 17:30 və 19:30-da müvafiq olaraq açıqlanacaq, Amerikanın xarici ticarət dövriyyəsi və neft ehtiyatları ilə bağlı önəmli fundamental məlumatlar da diqqət mərkəzində saxlanılmalıdır.