USD/CHF məzənnəsində güclü aktivlik gözlənilir

09 May 2019

Beynəlxalq valyuta birjalarından Dollar/Frank məzənnəsində sürətli ucuzlaşma müşahidə edilir və 1.0090 franka kimi də ucuzlaşa bilər.

USD/CHF məzənnəsində güclü aktivlik gözlənilir

Son günlərdi USD/CHF məzənnəsi 1.0150 və 1.0230 həddləri arasında ticarət olunur. Qiymət bu səviyyələrdən birini qırdığı halda, USD/CHF məzənnəsinin qiymətində güclü qiymət aktivliyi müşahidə oluna bilər. Belə ki, qiymət 1.0150 həddini aşağı qırarsa 1.0125 və 1.0090 həddlərinədək ucuzlaşa bilər. Qiymət yuxarı istiqamətdə 1.0230 həddini qırarsa, qiymət 1.0340 həddinədək bahalaşa bilər.