USD/CHF məzənnəsində ucuzlaşma dalğası

27 Fevral 2019

Beynəlxalq valyuta birjalarında USD/CHF məzənnəsində ucuzlaşma dalğası başlayıb və eniş istiqamətində önəmli dəstək səviyyələri 0.9952 və 0.9907 frankdır.

USD/CHF məzənnəsində ucuzlaşma dalğası

Foreks bazarlarında USD/CHF məzənnəsi Avropa sessiyasında ucuzlaşaraq, önəmli texniki dəstək səviyyələrini qırıb. Maliyyə bazarlarında cari eniş dalğasının 0.99 franka kimi davam edə biləcəyi proqnozlaşdırılır. 


Təhlillərə əsasən, Dollar/Frank valyuta cütlüyünün qiyməti çərşənbə günün müqavimət səviyyəsi (1.0006 frank) altında qaldıqca, 0.9952 franka kimi ucuzlaşa bilər. Məzənnə sonuncu səviyyənin altında qalarsa, 0.9907 franka kimi də ucuzlşmaqda davam edə bilər.